"Qalatasaray" klubu Rusiya "Lokomotiv"inə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi həmin qarşılaşmada stadionun tam dolmasını istəyib.
TFF azarkeşlərlə bağlı məhdudiyyətin noyabrın 9-da aradan qaldırılacağını əsas gətirərək "sarı-qırmızılar"a rədd cavabı verib.
Qeyd edək ki, noyabrın 4-də NEF stadionunda keçiriləcək "Qalatasaray" - "Lokomotiv" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Noyabrın 9-dan Türkiyədə azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılacaq. Yalnız koronavirus peyvəndi olan fanatlar tribunalara buraxılacaqlar.