"Fehervar"ın baş məşqçisi: Çox rahat qələbə olmadı

"Fehervar"ın baş məşqçisi: Çox rahat qələbə olmadı Çox rahat qələbə olmadı.
Futbol
25 İyul , 2024 22:09
Fehervarın baş məşqçisi: Çox rahat qələbə olmadı

Çox rahat qələbə olmadı.

"Report" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Sumqayıt"ın qonağı olan "Fehervar" (Macarıstan) klubunun baş məşqçisi Tamaş Peto deyib.

Mütəxəssis oyundan sonra mətbuat konfransında fikirlərini bildirib:

"Uzun uçuş oldu. Yorğunluq vardı. Qırmızı vərəqədən sonra toparlandıq. Çox qol vura bilərdik. Lakin sonda bizim üçün uğurlu nəticə oldu. Düşünmürük ki asan idi. "Sumqayıt" yaxşı komandadır. Evdə daha diqqətli olmalıyıq. Onlar da bizim kimi səfərdə oynayacaqlar".

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi