Türkiyə "Fənərbağça"sı növbəti trasferini gerçəkləşdirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Ernesto Sosanı heyətinə qatıb.
İstanbul nəhəngi argentinalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu Türkiyədə "Beşiktaş"ın da formasını geyinib.