Türkiyə "Fənərbağça"sı daha bir futbolçusu ilə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Maurisio Lemosla vidalaşıb.
Uruqvaylı arxa xətt oyunçusu Belçikanın "Birşot" komandasına icarəyə verilib. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Maurisio Lemosun "Fənərbağça" ilə 2023-cü ilin yayınadək sözləşməsi var. Türkiyə klubu daha əvvəl tanzaniyalı hücumçusu Mbavana Samattanı icarə əsasında Belçika "Antverpen"inə göndərib.