Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mbvana Ali Samattanı Belçika "Antverpen"inə icarəyə verib.
"Report"un "NTV Spor"a istinadən məlumatına görə, tanzaniyalı hücumçu cari mövsümü Antverpen şəhərinin eyniadlı təmsilçisində keçirəcək.
Klub mövsümün sonunda 29 yaşlı forvardı birdəfəlik transfer etmək hüququna da yiyələnib.
Qeyd edək ki, "Fənərbağça" daha əvvəl danimarkalı müdafiəçisi Matias Zankanı "Antverpen"ə satıb. Samatta ötən ilin sentyabrından İstanbul klubunda çıxış edirdi.