"Fənərbağça" keçmiş baş məşqçisi ilə danışıqlara başlayıb

"Fənərbağça" keçmiş baş məşqçisi ilə danışıqlara başlayıb Türkiyənin "Fənərbağça" klubu Almaniya milli komandasının sabiq baş məşqçisi Yoahim Löv ilə danışıqlara başlayıb.
Futbol
25 Dekabr , 2021 01:01
Fənərbağça keçmiş baş məşqçisi ilə danışıqlara başlayıb

Türkiyənin "Fənərbağça" klubu Almaniya milli komandasının sabiq baş məşqçisi Yoahim Löv ilə danışıqlara başlayıb.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikolo Skira açıqlama verib. O, 61 yaşlı mütəxəssisə 2024-cü ilədək müqavilə təklif olunduğunu yazıb. Hələlik qarşı tərəf təklifə cavab verməyib.

Qeyd edək ki, Yoahim Löv 1998- 1999-cu illərdə də "Fənərbağça"nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisini 2014-cü ildə dünya çempionu edib. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib.

Son xəbərlər

Orphus sistemi