Türkiyə "Fənərbağça"sı futbolçusu Ozan Tufanı İngiltərənin "Uotford" komandasına icarəyə verib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümü Premyer Liqa təmsilçisində keçirəcək.
"Uotford" gələn yay Türkiyə millisinin üzvünü birfədəlik transfer edə bilər.
Qeyd edək ki, Ozan Tufan ölkəsində "Bursaspor" və "Alanyaspor"un da formasını geyinib.