Türkiyə "Fənərbağça"sının futbolçuları Caner Erkin və Sinan Gümüş əsas komandadan kənarlaşdırılıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Vitor Pereyranın qərarına əsasən, hər iki oyunçu məşqlərini əvəzedici komandada davam etdirəcək.
Futbolçuların gələcəyi ilə bağlı yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasında "Neftçi"nin potensial rəqibidir. "Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubunu keçə bilsə, pley-offda Türkiyə təmsilçisi ilə qarşılaşacaq. Flaqman Bakıdakı ilk matçda Helsinki komandası ilə 2:2 hesablı heç-heçə edib.