Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan sol cinah müdafiəçisi Çağtay Kurukalıpı transfer edib.
19 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasında "Neftçi"nin potensial rəqibidir. "Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubunu keçə bilsə, pley-offda Türkiyə təmsilçisi ilə qarşılaşacaq. Flaqman Bakıdakı ilk matçda Helsinki komandası ilə 2:2 hesablı heç-heçə edib.