"Fənərbağça" Türkiyə Superkuboku oyununun yarımçıq qalması ilə bağlı açıqlama yayıb

"Fənərbağça" Türkiyə Superkuboku oyununun yarımçıq qalması ilə bağlı açıqlama yayıb "Fənərbağça"nın mətbuat xidməti Türkiyə Superkubokunun "Qalatasaray"la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb.
Futbol
8 Aprel , 2024 05:09
Fənərbağça Türkiyə Superkuboku oyununun yarımçıq qalması ilə bağlı açıqlama yayıb

"Fənərbağça"nın mətbuat xidməti Türkiyə Superkubokunda "Qalatasaray"la matçın yarımçıq qalmasından sonra açıqlama yayıb.

"Report"un xəbərinə görə, bu barədə klubun rəsmi saytında yer alan məlumatda deyilir.

“Bu gün meydana qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız zaman bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün idman növlərində türk idmanına xidmət etmişik. Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var. 30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandaları arasında Türkiyə Superkuboku matçı keçirilib. Artıq ilk dəqiqədə Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Bu qoldan sonra "Fənərbağça"lılar oyunu boykot edərək, meydanı tərk ediblər. "Fənərbağça"ya texniki məğlubiyyət veriləcək və "Qalatasaray" Türkiyə Superkubokunun qalibi elan olunacaq.

Son xəbərlər

Orphus sistemi