“Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram”.
“Report” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında deyib.
Nazir Hesabat Konfransının çox yaxşı təşkil olunduğunu bildirib: “Ölkəmizdə idman dövlət siyasətidir. Prezident İlham Əliyevin idmana və futbola sevgisini hamımız bilirik. AFFA-nın keçmiş baş katibi artıq FIFA-da çalışır. Bu, böyük nailiyyətdir. Bizim nümayəndələrin yüksək vəzifələrə keçməsini istəyirəm. “Qarabağ” klubunu təbrik edirəm. Güclü Avropa klubları kimi oynayırıq. Biz AFFA-nın yanındayıq. Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram. Maddi-texniki baza üzərində birlikdə çalışmalıyıq. Fürsətdən istifadə edib FIFA və UEFA-ya da təşəkkürümü bildirirəm”.