Fernandu Santuş: "Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq"

Fernandu Santuş: "Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq" "Karantin məsələsi həll edildi"
Futbol
16 Mart , 2021 17:17
Fernandu Santuş: Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq
Fernandu Santuş

"Karantin məsələsi həll edildi. İngiltərədəki oyunçuların milliyə gəlməsi üçün hansısa problem yoxdur. Mən hüquq üzrə mütəxəssis deyiləm, amma aydın görünür ki, oyunçular yığmaya gələ bilərlər"

"Report" xəbər verir ki, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburla keçirəcəkləri oyunlardan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis Azərbaycan seçməsini Portuqaliyada deyil, İtaliyada qəbul edəcəkləri üçün təəssüfləndiyini bildirib: "Oyunların hamısı Portuqaliya xaricində keçiriləcək. Təəssüf ki, ilk görüşümüzü burada deyil, İtaliyada oynayacağıq"

Qeyd edək ki, martın 24-də oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu oyundan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da Lüksemburqun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi