FİFA bəzi ölkələrin hökumətlərinə Əfqanıstandan bir sıra qadın futbolçuların təcili təxliyəsi ilə bağlı məktub göndərib.
Bu barədə “Report”
Məlumata görə, qadın futbolçular ölkədə hakimiyyət dəyişikliyindən sonra öz həyatları üçün təhlükədən ehtiyat edirlər. FİFA-da bildiriblər ki, Əfqanıstanda vəziyyət əvvəlki kimi qeyri-sabit və son dərəcə gərgin olaraq qalır.
Xatırladaq ki, radikal hərəkatın döyüşçüləri avqustun 15-də paytaxt Kabilə daxil olaraq, Əfqanıstanda “müharibənin başa çatdığını", ölkənin "azad olduğunu” bildiriblər. Hərəkatın nümayəndələri qeyd ediblər ki, tezliklə İslam əmirliyinin yaradılmasını elan edəcəklər. “Taliban” həmçinin xarici qoşunların ölkədən çıxarılmasını tələb edib.
Bundan əvvəl Əfqanıstanın futbol üzrə qadın yığmasının sabiq kapitanı Xalidə Popal ölkədə hakimiyyətin dəyişməsindən sonra qadınların üzləşdiyi dəhşətlərdən danışıb.