FIFA 2022-ci il dünya çempionatının təqvimində dəyişiklik edib.
"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, mundialın açılış matçı ev sahibi Qətərlə Ekvador arasında deyil, Seneqal və Niderland yığmaları arasında olacaq. Noyabrın 21-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qətər - Ekvador qarşılaşması isə həmin gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.