FIFA Əl-Həddadinin Mərakeş millisində oynamasına icazə verdi

FIFA Əl-Həddadinin Mərakeş millisində oynamasına icazə verdi Artıq 26 yaşlı oyunçu yığmanın formasını geyinə bilər
Futbol
5 Fevral , 2021 19:05
FIFA Əl-Həddadinin Mərakeş millisində oynamasına icazə verdi
Munir El-Haddadi

FIFA İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Həddadinin idman vətəndaşlığının dəyişdirildiyini təsdiqləyib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, Mərakeş əsilli hücumameylli yarımmüdafiəçinin sözügedən ölkənin millisində oynamasına icazə verilib.

Artıq 26 yaşlı oyunçu yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, ikili vətəndaşlığı olan Munir Əl-Hədddadi 2014-cü ildə İspaniya millisinin formasını geyinib. Bu səbəbdən FIFA 2018-ci ildə onun Mərakeş yığmasında oynamaqla bağlı istəyini rədd edib. 2020-ci ilin sentyabrında idman vətəndaşlığının dəyişdirilməsinə dair qərarın yumşaldılmasından sonra növbəti dəfə ali futbol qurumuna üz tutan oyunçu yenə eyni halla üzləşib. Forvard 3-cü cəhdində arzusuna çatıb.

Son xəbərlər

Orphus sistemi