FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər

FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər.
Futbol
13 Noyabr , 2024 16:59
FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər

FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər.

"Report"un ESPN-ə istinadən məlumatına görə, FIFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) Futbol Video Dəstək Sisteminin (FVS) sınaqdan keçirilməsinə icazə almağı planlaşdırır.

Sistemin mahiyyəti komandaların məşqçilərinin VAR-ın qərarlarına etiraz edə bilməsidir. FVS ilk dəfə 2024-cü ildə qadınlardan ibarət U-20, həmçinin 17 yaşadək komandalar arasında keçirilən dünya çempionatlarında tətbiq edilib.

FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina əldə edilən təcrübənin diqqətlə təhlil olunacağını bildirib. O, indiyə qədər gözlənilməz heç nə müşahidə etmədiklərini söyləyib.

Qeyd edək ki, VAR sistemi ilk dəfə 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi