FIFA İntizam Komitəsi Panama Futbol Assosiasiyasını cəzalandırıb.
"Report" xəbər verir, buna milli komanda azarkeşlərinin Kosta-Rika və Meksikaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarında homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.
Yığma noyabrın 16-da Salvadora qarşı matçı boş tribunalar önündə keçirəcək. Bundan əlavə, ali futbol qurumu baş verənlərə görə assosiasiyanı 50 min isveçrə frankı məbləğində cərimələyib.
Panama Futbol Assosiasiyası hər cür ayrı ayrı-seçkiliyi qınadığını və qərardan apellyasiya şikayəti verdiklərini açıqlayıb.