FIFA prezidenti əfsanəvi futbolçunun ölümü ilə əlaqədar başsağlığı verdi

FIFA prezidenti əfsanəvi futbolçunun ölümü ilə əlaqədar başsağlığı verdi FIFA prezidenti Canni İnfantino İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Paolo Rossinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Futbol
10 Dekabr , 2020 17:43
FIFA prezidenti əfsanəvi futbolçunun ölümü ilə əlaqədar başsağlığı verdi
Paolo Rossi

FIFA prezidenti Canni İnfantino İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Paolo Rossinin vəfatı ilə əlaqədar başsağlığı verib.

"Report" ali futbol qurumunun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 50 yaşlı italiyalı funksioner Rossinin italyanlar üçün sevinc və qürur simvolu olduğunu bildirib.

İnfantino əfsanəvi oyunçunu qəhrəman adlandırıb: "Bizə bəxş etdiyin və bu gün hüzn göz yaşlarına çevrilən sevinc göz yaşları üçün sənə təşəkkür edirəm".

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.

Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi