FIFA prezidenti: "Neftçi"nin çempionluğu gərgin zəhmətin nəticəsidir"

FIFA prezidenti: "Neftçi"nin çempionluğu gərgin zəhmətin nəticəsidir" "Hörmətli prezident "Neftçi"nin 2020/2021 mövsümündə Azərbaycan çempionu olması ilə bağlı təbrikimi qəbul edin"
Futbol
1 İyun , 2021 11:42
FIFA prezidenti: Neftçinin çempionluğu gərgin zəhmətin nəticəsidir

"Hörmətli AFFA prezidenti, "Neftçi"nin 2020/2021 mövsümündə Azərbaycan çempionu olması ilə bağlı təbrikimi qəbul edin. Bu mükafat şübhəsiz ki, gərgin zəhmətin, ehtirasın, birliyin nəticəsidir və hər kəs bu vacib uğurla fəxr edə bilər".

"Report"un məlumatına görə, bu fikirləri FIFA prezidenti Canni İnfantino AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubunda bildirib.

Funksioner "ağ-qaralar"ı təbrik edib: "Xahiş edirəm ki, komandaya təbriklərimi çatdırasınız, eyni ehtiras və həvəslə çalışmağa davam etmələrini arzuladığımı bildirəsiniz. Fürsətdən istifadə edərək, beynəlxalq futbol ictimaiyyəti adından sizin federasiyaya Azərbaycanda, bölgənizdə və dünyada futbolun inkişafına və çiçəklənməsinə töhvə verdiyiniz üçün təşəkkür edirəm. Tezliklə yenidən görüşməyimizi səbrsizliklə gözləyirəm".

Son xəbərlər

Orphus sistemi