FIFA "Qarabağ"ın rəqibinə transfer qadağası qoyub

FIFA "Qarabağ"ın rəqibinə transfer qadağası qoyub FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi Fransa "Marsel"inə transfer qadağası qoyub.
Futbol
15 Yanvar , 2022 15:48
FIFA Qarabağın rəqibinə transfer qadağası qoyub

FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi olan Fransa "Marsel"ini cəzalandırıb.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə "Uotford"undan "Marsel"ə keçib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi