FIFA referimiz Konfrans Liqasının oyununu idarə edəcək

FIFA referimiz Konfrans Liqasının oyununu idarə edəcək FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.
Futbol
5 İyul , 2021 09:48
FIFA referimiz Konfrans Liqasının oyununu idarə edəcək
Elçin Məsiyev

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

"Report"un məlumatına görə, 30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi