Finlandiyanın HİK klubunun 3 futbolçusu evdə "Neftçi"yə qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Helsinki təmsilçisinin heyətində müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.
Əvəzində isə Bakıdakı ilk görüşü buraxan hücumçu Atomu Tanaka yenidən komandaya qoşulub. Onun ikinci qarşılaşamada oynaması üçün heç bir problem qalmayıb.
Qeyd edək ki, avqustun 12-də "Helsinki Futbol Stadionu"nda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.