Finlandiyalı baş məşqçi: "Azərbaycanla oyunda bəzi problemlərimiz oldu"

Finlandiyalı baş məşqçi: "Azərbaycanla oyunda bəzi problemlərimiz oldu" "İlk hissədə qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz oldu. Bəzi məqamlarda isə çox tələsik oynadıq. Bəlkə də çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı".
Futbol
9 Oktyabr , 2021 10:46
Finlandiyalı baş məşqçi: Azərbaycanla oyunda bəzi problemlərimiz oldu

"İlk hissədə qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz oldu. Bəzi məqamlarda isə çox tələsik oynadıq. Bəlkə də çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı".

"Report"un məlumatına görə, bunu Finlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yuxa Malinen Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri 2023-cü il Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

63 yaşlı finlandiyalı mütəxəssis bildirib ki, həlledici məqamlarda daha dəqiq oynamaq lazım idi: "Digər tərəfdən, topu rəqib qapısına daha tez çatdırmalı idik. Sürətli hücumlarımız olsa da, istədiyimiz qolları vura bilmədik. Gələcəkdə bu epizodlardan daha yaxşı istifadə edə biləcəyik".

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan Azərbaycan - Finlandiya matçı 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi