"Fiorentina"nın yeni baş məşqçisi məlum oldu

"Fiorentina"nın yeni baş məşqçisi məlum oldu Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli "Fiorentina" komandasının sükanı arxasına keçib.
Futbol
10 Noyabr , 2020 00:26
Fiorentinanın yeni baş məşqçisi məlum oldu
Çezare Prandelli

Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli "Fiorentina" komandasının sükanı arxasına keçib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 63 yaşlı mütəxəssis yeni vəzifədə Cüzeppe Yakinini əvəzləyib. Təqdimat mərasimi bu gün keçiriləcək.

A Seriyasında 7 turdan sonra "Fiorentina" 8 xalla 12-ci yerdədir.

Prandelli daha əvvəl 2005-2010-cu illərdə də Florensiya komandasına rəhbərlik edib. O, "bənövşəyilər"i Çempionlar Liqasına çıxaran son baş məşqçi olub. Təcrübəli mütəxəssis əvvəllər Türkiyənin "Qalatasaray" klubunda da çalışıb.

İtaliyalı baş məşqçi yığmaya 2012-ci il Avropa çempionatının gümüş, Konfederasiyalar Kubokunun bürünc medallarını qazandırıb. O, 2018-ci ildə ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.

Son xəbərlər

Orphus sistemi