Uruqvay ikinci divizionunda yer alan "Atenas" klubunun baş məşqçisi Dieqo Forlan vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Report" xəbər verir ki, 42 yaşlı uruqvaylı kluba mart ayında Maldonadodan təyin olunub və 12 tur bu vəzifədə çalışıb. Onun müqaviləsi 2022-ci ilə qədər qüvvədə idi.
Hazırda "Atenas" turnir cədvəlində beşinci yerdədir.
Forlan Uruqvay futbol tarixinin ən yaxşı oyunçularından biridir. Karyerası ərzində “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko”, “İnter” və digər klublarda oynayıb. 2002-14-cü illərdə Uruqvay millisində 112 oyuna 36 top vuran Forlan 2010-cu ilin futbol üzrə Dünya Çempionatında “Qızıl top” mükafatını qazanıb.