Fransa Liqa-1-in III turunda yarımçıq dayandırılan "Nitsa" - "Marsel" matçının tarixi açıqlanıb.
"Report" RMC telekanalına istinadən xəbər verir ki, dava səbəbindən təxirə salınan qarşılaşma oktyabrın 27-də yenidən oynanılacaq.
Görüşün neytral meydanda keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, "Nitsa" - "Marsel" oyunu zamanı azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar. Münaqişə qonaq komandanın yaımmüdafiəçisi Dimitri Payetə su şüşəsi atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli fanatlar meydana girib. Nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Həmin vaxt "Nitsa" 1:0 hesabı ilə öndə olub.