Fransanın "Marsel" klubu azarkeşlərinin hərəkətinin davranışı səbəbindən üzləşdiyi situasiya ilə əlaqədar bəyanat yayıb.
"Report"un məlumatına görə, rəsmi açıqlamada 200-dək fanatın komandanın bazasına zorla soxulduqları vurğulanıb. Qeyd edilib ki, polis müdaxiləsinə rəğmən, onlar futbolçular, məşqçilər və klub əməkdaşlarını ölümlə hədələyiblər. Qarət və əmlaka zərər vurma halları aşkarlanıb. Məhv etmə niyyəti ilə 5 ağac yandırılıb. Klubun zərəri bir neçə yüz min avro ilə qiymətləndirilir.
Dərhal araşdırmaların başlanılmasını istəyən klub rəhbərliyi istintaqa lazımi sübutlar təqdim etməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, yanvarın 30-da "Marsel"in 200-dək azarkeşi Rober Lui-Dreyfus adına təlim-məşq bazasına girərək, binanın şüşələrini qıraraq, yanğın törədiblər. Onlar komandanın nəticələrindən narazılıq ifadə ediblər və klub prezidenti Jak-Anri Eyronun istefasını tələb ediblər. Futbolçulardan Alvaro Qonsales ultrasın atdığı petardadan zərər çəkib.
Framsa polisi 25 nəfəri həbs edib.
Liqa 1-də XXII turun "Marsel" - "Renn" görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Hazırda "Marsel" 20 oyundan 32 xalla 7-ci pillədə qərarlaşıb.