Fransanın “Marsel” futbol klubu baş məşqçisi Andre Villaş-Boaşla yollarını ayırıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis istefaya göndərilib.
Qərar portuqaliyalı mütəxəssisin təşkil etdiyi mətbuat konfransında klub rəhbərliyini tənqid etməsindən sonra qəbul edilib.
Andre Villaş-Boaş onun mövqeyinin əksinə olaraq yarımmüdafiəçi Olivier Ntşamla müqavilə imzalamasına narazılığını bildirib.
Klub isə məşqçinin açıqlamalarını klubun və işçilərinin nüfuzuna ciddi ziyan vurduğunu qeyd edib.