Fransa təmsilçisi "Lill" Türkiyədə çıxış edən bir neçə futbolçu ilə maraqlanır.
"Report" "Fanatik" nəşrinə istinadən xəbər verir ki, klubun idman diroktoru Luis Kampos 4 futbolçunu yaxından izləyəcək.
Bunların arasında "Alanyaspor"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mustafa Yıldırım da var.
18 yaşlı hücumçu ilə yanaşı, "Altınordu"dan Berke Kılıç, "Erzurumspor"dan Eyüp Oskan və "Fənərbağça"dan Arda Okan Kurtulan Kamposun diqqət mərkəzindədir.
Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz və 18 yaşlı Mustafa Kapı "Lill"ə keçib.