Fransanın "Marsel" klubunun daha üç üzvü koronavirusa yoluxub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxslərin adları açıqlanmayıb. "Marsel" bütün lazım olan məlumatları Fransa Peşəkar Futbol Liqasına göndərib.
Qeyd edək ki, Fransa çempionatının ilk turunda avqustun 21-də keçirilməsi planlaşdırılan "Marsel" - "Sent-Etyen matçı təxirə salınıb. Daha əvvəl klubun bir neçə üzvündə və tanınmış futbolçu Dmitri Payetdə koronavirus aşkarlanıb.