Fransanın tanınmış klubu baş məşqçisini dəyişdi

Fransanın tanınmış klubu baş məşqçisini dəyişdi Fransanın "Nant" komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
11 Fevral , 2021 14:11
Fransanın tanınmış klubu baş məşqçisini dəyişdi
Antuan Kombuare

Fransanın "Nant" komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" xəbər verir ki, bu vəzifəyə PSJ-nin keçmiş baş məşqçisi Antuan Kombuare təyin edilib.

O, istefaya göndərilən Raymon Domeneki əvəzləyib.

Qeyd edək ki, Antuan Kombuare daha əvvəl "Strasburq", "Valansyen", "Lens", "Genqam", "Dijon" və "Tuluza" klublarının baş məşqçisi olub. "Nant" Liqa 1-də 16 oyundur qalib gələ bilmir. Komanda hazırda 19 xalla 18-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi