Fransanın "Lill" komandasının baş məşqçisi Kristof Qaltye Liqa 1-in XXXIV turunda "Lion" üzərində səfərdə qazandıqları qələbəni qeyri-adi formada qeyd edib.
"Report"un məlumatına görə, 55 yaşlı mütəxəsis oyun başa çatdıqdan sonra salto vurub.
Qeyd edək ki, qarşılaşma "Lill"in 3:2 hesablı qələbəsi ilə bitib. Komanda 0:2 hesabı ilə məğlub olsa da, sonradan geridönüş edə bilib. Türkiyəli futbolçu Burak Yılmaz iki qol və məhsuldar ötürmə ilə yadda qalıb. "Lill" 34 oyundan sonra 73 xalla liderdir və PSJ-dən 1 xal öndədir.
LOSC manager Christophe Galtier’s reaction says it all!
Lille recovered from 2-0 against title rivals Lyon to win 3-2 and go back to the top of Ligue 1. pic.twitter.com/sQMyDyg88p