Fransanın "Marsel" komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, bu vəzifəyə Xorxe Sampaoli təyin olunub. O, 2 gün öncə istefaya göndərilən Andre Villaş-Boaşı əvəzləyib.
Artıq tərəflər arasında ilkin razılıq əldə edilib. Argentinalı mütəxəssis komandanın sükanı arxasına keçməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Argentina millisi və İspaniya "Sevilya"sına rəhbərlik etmiş Sampaoli hazırda Braziliyanın "Atletiko Mineyro" klubunun baş məşqçisidir.