Fransa Liqa 1-də XI turun "Sent Etyen" - "Anje" matçı bir saat gec başlayıb.
"Report"un məlumatına görə, buna tribunalardakı çaxnaşma səbəb olub.
"Joffrua Gişar" stadionundakı qarşılaşmadan əvvəl "Sent Etyen" azarkeşləri fişənglər yandıraraq, meydana atmağa başlayıblar. Fişənglərdən bir neçəsi qapı torlarına zərər vurub.
Qeyd edək ki, 10 oyundan sonra "Sent Etyen" 4 xalla 20-ci, "Anje" isə 16 xalla 5-ci yerdə gedir.
Images affligeantes au stade Geoffroy Guichard où les supporters ont « craqué », c est à dire craque des fumigènes…. Match ne démarre pas…… à suivre sur @RMCsportpic.twitter.com/nkqftb89HX