Fransa millisinin futbolçusu Presnel Kimpembe PSJ-dən ayrılmaq istəyir.
"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını başqa klubda davam etdirmək variantını nəzərdən keçirir.
Fransalı oyunçu özünü yeni çempionatda sınamaq niyyətindədir.
Qeyd edək ki, Kimpembenin Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.