İtaliya "Milan"ı İngiltərənin "Çelsi" komandasından ayrılan fransalı futbolçu Olivye Jirunu heyətinə qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Olivye Jiru "Çelsi"də keçirdiyi 2,5 ildə UEFA Çempionlar Liqası və Avropa Liqasını, həmçinin İngiltərə Liqa Kubokunu qazanıb. O, London təmsilçisinin heyətində meydana çıxdığı 119 oyunda 39 qol vurub və 14 məhsuldar ötürmə edib.