Funso Oyo: "Klub prezidenti "Qarabağ"la oyunda yaxşı nəticə istəyir"

Funso Oyo: "Klub prezidenti "Qarabağ"la oyunda yaxşı nəticə istəyir" "Son olaraq 14 il əvvəl avrokubokların qrup mərhələsində oynamışıq. Bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq nəticədən məmnunuq".
Futbol
24 Avqust , 2021 09:03
Funso Oyo: Klub prezidenti Qarabağla oyunda yaxşı nəticə istəyir
Funso Oyo

"Komanda son olaraq 14 il əvvəl avrokubokların qrup mərhələsində çıxış edib. Bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq, nəticədən məmnunuq".

"Report"un məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının futbolçusu Funso Oyo "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl "Eveningexpress"ə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk matçda havanın çox isti olduğunu bildirib: "Meydanın da durumu bərbad idi. Rəqib yaxşı komandadır. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Tribunalarda izdiham olacaq. İstedadımızı ortaya qoyaraq nəticə qazana biləcəyimizi düşünürəm".

Oyonun sözlərinə görə, klub prezidenti və azarkeşlər onlardan yaxşı nəticə istəyir.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Son xəbərlər

Orphus sistemi