“Futbol Düşərgəsi” layihəsinə yekun vurulub

“Futbol Düşərgəsi” layihəsinə yekun vurulub “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi" layihəsinə yekun vurulub.
Futbol
20 Noyabr , 2023 21:52
“Futbol Düşərgəsi” layihəsinə yekun vurulub

“Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi" layihəsinə yekun vurulub.

"Report" xəbər verir ki, noyabrın 16-da start götürən və 5 gün müddətində 2 qrup üzrə keçirilən layihənin ikinci qrupuna daxil olan uşaqlar "Sumqayıt"ın bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub.

Layihənin sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib.

Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, millət vəkilləri - Müşfiq Məmmədli, Emin Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları layihənin önəmi haqqında çıxışlar etdikdən sonra iştirakçılar tərəfindən maraqlı kompozisiyalar nümayiş etdirilib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt"ın, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.

Ümumilikdə bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.

Qeyd edək ki, 2014-cü ildə keçirilən layihədə bu müddət ərzində 800-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

Son xəbərlər

Orphus sistemi