Futbol hakimi oyun vaxtı huşunu itirib

Futbol hakimi oyun vaxtı huşunu itirib Qadın futbolçular arasında Avropa çempionatının Almaniya - Serbiya seçmə oyununda insident baş verib.
Futbol
22 Sentyabr , 2021 10:30
Futbol hakimi oyun vaxtı huşunu itirib

Qadın futbolçular arasında Avropa çempionatının Almaniya - Serbiya seçmə oyununda insident baş verib.

"Report"un məlumatına görə, ingiltərəli yan xətt hakimi Elen Edvards matçın startından yarım saat sonra huşunu itirib.

İlkin yardım göstərildikdən sonra o, özünə gəlsə də, işini davam etdirə bilməyib. Edvards tribunalardakı 1600 nəfərlik azarkeşin alqışları ilə meydanı tərk edib. Xəstənaya çatdırılan referinin vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, qarşılaşma Almaniyanın 5:1 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Orphus sistemi