Futbolçu 19 aydan sonra meydana çıxdı, yenidən zədələndi

Futbolçu 19 aydan sonra meydana çıxdı, yenidən zədələndi 19 ay davam edən zədədən sonra ilk dəfə matçına çıxan Qbamen yenidən zədələnib
Futbol
13 Aprel , 2021 11:23
Futbolçu 19 aydan sonra meydana çıxdı, yenidən zədələndi

İngiltərənin "Everton" klubunun futbolçusu Jan-Filipp Qbamen cari mövsüm ilk və sonuncu dəfə meydana çıxıb.

"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXX turunda "Kristal Pelas"la oyunun 79-cu dəqiqəsində meydana daxil olub.

19 ay davam edən zədədən sonra ilk dəfə matça çıxan Qbamen yenidən zədələnib. Onun mövsümü başa vurduğu açıqlanıb.

Kot d İvuardan olan futbolçu "Everton"a 2019-cu ildə Almaniyanın "Maynts" klubundan 25 milyon avroya keçmişdi. Qbamen bu klubda cəmi 3 görüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi