Füzuli Məmmədov: "Qarabağ"a məğlubiyyətdən sonra "Neftçi"də işləmək istəmirdim"

Füzuli Məmmədov: "Qarabağ"a məğlubiyyətdən sonra "Neftçi"də işləmək istəmirdim" "İstirahətə vaxtım olmadığı üçün istefa verdikdən sonra futboldan bir qədər kənarda qalmağa qərar verdim. Bu müddətin mənə xeyri oldu".
Futbol
22 Yanvar , 2021 16:14
Füzuli Məmmədov: Qarabağa məğlubiyyətdən sonra Neftçidə işləmək istəmirdim
Füzuli Məmmədov

"İstirahətə vaxtım olmadığı üçün istefa verdikdən sonra futboldan bir qədər kənarda qalmağa qərar verdim. Bu müddətin mənə xeyri oldu".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov "Extra Time" verilişində deyib.

44 yaşlı mütəxəssis flaqmana klubun keçmiş idman direktoru Ceyhun Sultanovun dəvəti ilə gəldiyini bildirib: "İşlədiyim bütün klublarda hər zaman həm rəhbərlik, həm də futbolçular tərəfindən işimə yaxşı qiymət verilib. "Səbail"də olarkən U-17 komandası ilə gümüş medal qazandım. Məni "Neftçi"yə Ceyhun Sultanov dəvət etmişdi. Klubun prezidenti Kamran Quliyev də bu qərarı dəstəkləmişdi. Daha sonra Roberto Bordinin köməkçisi təyin olundum. 1,5 ildən sonra isə baş məşqçi oldum. Bu işin təşəbbüskarı da mənim futbol savadımı, işimi yaxşı bilən Ceyhun Sultanov olmuşdu".

İstefası barədə də danışan Məmmədov "Qarabağ"a 0:6 hesablı məğlubiyyətin qərarında həlledici olduğunu vurğulayıb: "Klubun da açıqladığı kimi, mən istefa verdim, onlar da qəbul etdilər. Gördülər ki, fikrimdə qətiyəm. İstefamın səbəbi "Qarabağ"a böyük hesablı məğlubiyyət oldu. Həmin oyundan sonra "Neftçi"də işləmək istəmirdim. Oyunun nəticəsi mənə çox pis təsir etmişdi.Kamran Quliyev məni fikrimdən daşındırmağa çalışsa da, alınmadı. Hamıya təşəkkür edib, "Neftçi" ilə vidalaşdım".

Qeyd edək ki, Füzuli Məmmədov "Neftçi"dən ötən ilin noyabrında ayrılıb.

Son xəbərlər

Orphus sistemi