Perunun gənclərdən ibarət millisinin sabiq futbolçusu Brayan Reyna həbs edilib.
"Report" xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi qanunsuz silah və narkotik saxlamaqda ittiham olunur.
Sözügedən əşyalar onun avtomobilində axtarış aparılarkən tapılıb.
Qeyd edək ki, bu ilin yanvarınadək İspaniya "Malyorka"sında çıxış etmiş Brayan Reyna daha sonra ölkəsinin "Akademiya Deportivo" klubuna keçib. O, 2 il öncə intizamsızlığına görə yığmadan kənarlaşdırılıb.