Georgi Kondratyev: "Azərbaycan millisi yaxşı komandadır"

Georgi Kondratyev: "Azərbaycan millisi yaxşı komandadır" "Oyun gözlənildiyi kimi ağır keçdi. Azərbaycan yaxşı oynayan komandadır. Yaxşı təlim-məşq toplanışı keçiblər, bizdən əvvəl Türkiyə seçməsi ilə oynayıblar. Biz isə ilk dəfədir bu heyətlə toplaşmışıq".
Futbol
2 İyun , 2021 22:57
Georgi Kondratyev: Azərbaycan millisi yaxşı komandadır
Georgi Kondratyev

"Oyun gözlənildiyi kimi ağır keçdi. Azərbaycan yaxşı oynayan komandadır. Yaxşı təlim-məşq toplanışı keçiblər, bizdən əvvəl Türkiyə seçməsi ilə oynayıblar. Biz isə ilk dəfədir bu heyətlə toplaşmışıq".

"Report"un məlumatına görə, bunları futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev evdə Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis futbolçularının meydanda əlindən gələni etdiyini bildirib: "Məcburi əvəzetmələr etsək də, yeni futbolçular oyunu gücləndirmək əvəzinə zəiflətdilər. Matçı heç-heçə ilə başa vurmağa çalışdıq, amma uduzduq. Məsələ məğlubiyyətdə deyil. Sadəcə, ehtiyat oyunçular skamyasından gələn futbolçuların bu cür oynamağa haqqı yoxdur. Onlar hansı zonaları tutmaq, hansı oyunçuları saxlamaqla bağlı tələbləri yerinə yetirmədilər".

Təcrübəli baş məşqçinin sözlərinə görə, rəqibin haqqını vermək lazımdır: "Siz də gördünüz ki, meydanda bacardığımızı etdik. Oyuna start heyətində başlayan futbolçular da tapşırıqları tam yerinə yetirə bilmədilər. Bu, futboldur. Bu gün rəqib qapısı qarşısında qol imkanlarımız olsa da, Azərbaycan millisi qalib gəldi".

Son xəbərlər

Orphus sistemi