Gürcüstan millisinin baş məşqçisi: Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim

Gürcüstan millisinin baş məşqçisi: Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim Mən futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını heç düşünmədən xatırlamalarını söylədim və bu gün daha çox bunu etdilər.
Futbol
27 İyun , 2024 02:29
Gürcüstan millisinin baş məşqçisi: Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim

Mən futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim və bu gün bunu parlaq şəkildə etdilər.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Portuqaliyaya qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis nə olur-olsun, intizamı qorumağın vacibliyini söyləyib: "Düzünü desəm, oyundan əvvəl futbolçulara nə dediyimi xatırlamıram, amma mesaj öz futbolunu oynamaq idi. Top sizdə oldu-olmadı, intizamı qoruyun".

Qeyd edək ki, F qrupunda baş tutan Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.

Son xəbərlər

Orphus sistemi