Gürcüstanda Avropa çempionatının təşkilinə 32 milyon ABŞ dolları ayrılıb

Gürcüstanda Avropa çempionatının təşkilinə 32 milyon ABŞ dolları ayrılıb 21 yaşadək futbolçular arasında 2023-cü il Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək Gürcüstanda idman infrastrukturunun yaxşılaşdırılması üçün 32 milyon ABŞ dollarından çox vəsait ayrılıb
Futbol
26 Aprel , 2022 16:27
Gürcüstanda Avropa çempionatının təşkilinə 32 milyon ABŞ dolları ayrılıb

21 yaşadək futbolçular arasında 2023-cü il Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək Gürcüstanda idman infrastrukturunun yaxşılaşdırılması üçün 32 milyon ABŞ dollarından çox vəsait ayrılıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, turnirin layiqincə keçirilməsi üçün Tbilisi, Saquramo, Kutaisi, Tsxaltubo, Kobuleti və Batumidə stadionlar, məşq meydançaları da daxil olmaqla, 12 idman obyektində bu il təmir-tikinti işləri aparılacaq.

Qeyd edək ki, Avropa çempionatı gələn il 21 iyun - 8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq. 16 komandanın iştirakı ilə keçiriləcək turnirdə ümumilikdə 8 stadiondan istifadə olunacaq. Açılış matçı Rumıniyada, final görüşü isə Gürcüstanda olacaq.

Son xəbərlər

Orphus sistemi