AFFA İntizam Komitəsi "Zirə-2"nin futbolçusu Eldost Qiyasbəylini 4 oyunluq cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə MOİK-ə 0:4 hesabı ilə uduzduqları I Divizionun V tur matçında hakimi təhqir etməsi səbəb olub.
Klub isə 320 manat məbləğində cərimələnib.
Bununla yanaşı, komitə MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün kluba 80 manat cərimə kəsib.