Həndbolçu futbol üzrə milli komandanın heyətində meydana çıxdı

Həndbolçu futbol üzrə milli komandanın heyətində meydana çıxdı Futbol üzrə Litva və Farer adaları yığmaları arasında keçirilmiş yoldaşlıq oyununda maraqlı hadisə baş verib.
Futbol
12 Noyabr , 2020 14:03
Həndbolçu futbol üzrə milli komandanın heyətində meydana çıxdı
Hilmar Leon Yakobsen

Futbol üzrə Litva və Farer adaları yığmaları arasında keçirilmiş yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, qonaqların heyətində peşəkar həndbolçu Hilmar Leon Yakobsen meydana çıxıb.

Ölkəsinin həndbol milliinin da üzvü olan 23 yaşlı hücumçu start heyətində yer alıb və sonadək mübarizə aparıb.

Bu, onun futbol millisində debüt matçı olub. Yakobsenin qarşıdakı görüşlərdə meydana çıxıb-çıxmayacağı maraqla gözlənilir.

Qeyd edək ki, yoldaşlıq matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi