İtaliyanın "Roma" klubunun futbolçusu Henrix Mxitaryan Ermənistan millisindəki karyerasını başa vurub.
"Report" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesablarından paylaşım edib.
Qeyd edək ki, Henrix Mxitaryan 2007-ci ildə Ermənistan yığmasının formasını geyinib.