"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HİK klubu baş məşqçisi Toni Koskela ilə müqavilənin müddətini uzadıb.
"Report" Helsinki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Toni Koskela 2019-cu ilin mayında baş məşqçi təyin olunub.
Xatırladaq ki, avqustun 12-də keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Bakcell Arena"dakı ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.