"Neftçi" klubunun futbolçusu Keysuke Honda Azərbaycan Premyer Liqasında vurduğu ilk qolu tərifləyib.
"Report"un məlumatına görə, bu barədə yaponiyalı yarımmüdafiəçi "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra paylaşım edib. İkinci qolun müəllifi olan 35 yaşlı yarımmüdafiəçi "Just one goal, but one goal" (Yalnız bir qol, ancaq necə qol) tvitini atıb.
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.